Yaponiyalı seysmoloqlar Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Yaponiyalı seysmoloqlar Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
# 29 iyul 2013 08:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan və Yaponiya seysmoloqları arasındakı ikitərəfli əməkdaşlıq çərçivəsində Yaponiyanın "OYO" və "Shinyei Kaisha" şirkətinin nümayəndələri Bakıya səfərləri çərçivəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, geologiya minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüblər. RSXM-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Görüşdə müzakirələr zamanı iki ölkənin seysmoloqları arasında əməkdaşlığın daha da genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması kimi məsələlərə toxunulub.

Yapon şirkətləri ilə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi arasında sıx əlaqələrin olduğunu qeyd edən Q.Yetirmişli birgə layihələrin davam etdiyini bildirib. Bakının mikrorayonlaşdırılması və seysmik risk xəritəsinin hazırlanması, yerli mütəxəssislərin bu şirkətlərdə treninqlər keçməsi və şirkət nümayəndələrinin yerli iş prinsipləri ilə tanış olmasının nəzərdə tutulduğunu bildirib. “OYO” şirkətinin nümayəndələri Masami Nagase isə öz növbəsində AMEA RSXM - də görülən işləri yüksək qiymətləndirərək, yapon seysmoloqlarının Mərkəzlə əməkdaşlığı davam etdirməyə maraqlı olduğunu bildirib. Yaponiyalı qonaqlar həmçinin RSXM - in Monitorinq Mərkəzində də olublar. Qonaqlara Monitorinq Mərkəzində görülən işlər barəsində də ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR