Ukraynadan Türkiyəyə hərəkət edən gəmidə 20 min “Kalaşnikov” avtomatı aşkarlanıb

Ukraynadan Türkiyəyə hərəkət edən gəmidə 20 min “Kalaşnikov” avtomatı aşkarlanıb
# 09 noyabr 2013 10:35 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Yunanıstan sahil mühafizəsi Ukraynadan Türkiyəyə hərəkət edən gəmini saxlayıb.

APA-nın “Qazeta.ru” saytına istinadən verdiyi məlumata görə, Syerra Leone bayrağı altında üzən gəmiyə baxış zamanı onun göyərtəsində 20 000 “Kalaşnikov” avtomatı aşkar edilib.

Bundan başqa, gəmidə digər silah-sursat da aşkarlanıb. İsgəndəruna hərəkət edən gəmi Yunanıstanın Rodos adasına göndərilib. Gəminin kapitanı və ekipajın yeddi üzvü həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR