Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şahmat Çempionatı keçirilib - FOTO

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Şahmat Çempionatı keçirilib - <span style="color: red;">FOTO
# 17 yanvar 2014 15:32 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsinə Mingəçevir şəhərində region gəncləri arasında 1-ci Şahmat Çempionatı keçirilib.

Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunan çempionatda 30-a yaxın şəhər və rayonun təmsilçisi iştirak edib.

Gənclər üçün Təhsil Mərkəzindən APA-ya verilən məlumata görə, iki gün davam edən çempionatın bağlanış mərasimində çıxış edən Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə Azərbaycanda bu oyun növünə hər zaman yüksək marağın olduğunu, ölkəmizin şahmat üzrə dünyanın 20 ən güclü dövləti sırasında yer aldığını qeyd edib.

İştirakçılardan Samir Hümbətov I, Zeynəb İsmayılzadə II, Zamin İsmayılov III yeri qazanıblar.

Sonda qaliblər diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR