Bu il “Azerspace-1” peykinin istismarından əldə olunacaq gəlirin həcmi açıqlanıb - VİDEO

Bu il “Azerspace-1” peykinin istismarından əldə olunacaq gəlirin həcmi açıqlanıb - <span style="color: red;">VİDEO
# 17 aprel 2014 08:30 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bu təklif məsləhətçi şirkət və mütəxəssislər tərəfindən araşdırılır: "Bu, kommersiya layihəsidir. “Azərkosmos” üçün iqtisadi cəhətdən əlverişli olarsa, ona qoşulacaq”.

Ə.Abbasov bildirib ki, aşağıorbitli peyklə bağlı tenderdə iştirak edən şirkətlərin sayı çox olduğundan, tenderin müddəti uzadılıb: “Hesab edirik ki, bu, yüksək təşkil olunmuş tenderdir. Yaxın vaxtlarda qalib elan olunacaq”.

“Azerspace”-in ikinci planına toxunan nazir bildirib ki, 2017-ci ildə ikinci telekommunikasiya peyki orbitə buraxılacaq və bu istiqamətdə tender şərtləri hazırlanır: “Hələlik hər şey proqram üzrə gedir”.

Nazir qeyd edib ki, “Azerspace-1”-in istismarından əldə olunacaq gəlir bu il təxminən 15 mln. dollar təşkil edəcək.

“Azərspace-1” bu il kreditlərinin verilməsi üçün müəyyən qədər Maliyyə Nazirliyinin köməyindən istifadə edəcək. Gələn ildən isə artıq plana görə, öz kreditlərini rentabelli fəaliyyətinə görə təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR