Bakıda Gürcüstanın turizm potensialı təqdim olunub - FOTO

Bakıda Gürcüstanın turizm potensialı təqdim olunub - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 13:39 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Bakıda Gürcüstanın turizm potensialının təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Gürcüstan Milli Turizm Administrasiyanın rəhbəri Giorgi Siqua bildirib ki, Azərbaycan Gürcüstan üçün vacib bir ölkədir və ona görə də Gürcüstan burada öz turizm potensialın təqdim etməsində maraqlıdır: “Bizim şəhərdə reklamlar yerləşdiriləcək, turizm şirkətləri ilə işlər aparılacaq”.

G.Siqua həmçinin bildirib ki, Gürcüstanda 68 qorunan ərazi var, dağ, dənizkənarı turizmi, ekoturizm üçün hər cür şərait mövcuddur: “Ölkədə lazımi infrastruktur yaradılır, Gürcüstanın qədim tarixi və mətbəxi turistləri cəlb edir”.

Azərbaycanla turizm sahəsində əməkdaşlıq barədə danışan G.Siqua bildirib ki, hər il jurnalistlər üçün Gürcüstanla tanışlıq turları təşkil olunur, təcrübə mübadiləsi keçirilir. QDİƏT və GUAM təşkilatları çərçivəsində əməkdaşlıq edir: “Azərbaycan Gürcüstana gələn turistlərin sayına görə 3-cü yer tutur və keçirəcəyimiz proqramdan sonra ümid edirik ki, turistlərin sayı 15% artar. Keçən il Azərbaycandan Gürcüstana 595 mindən çox turist gəlibsə, bu il isə 680 mindən çox turist ölkəmizə ziyarət edib. Azərbaycanlılar əsasən Gürcüstana əsasən turizm məqsədi ilə gəlir və daha çox Tbilisini ziyarət edir”.

G.Siqua qeyd edib ki, azərbaycanlı ziyarətçilər daha çox təbiətin qoynunda dincəlmək, Gürcüstan mətbəxinin nümunələri ilə tanış olmaq və ölkənin abidələrini görmək üçün qonşu ölkəyə gəlirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR