Səhiyyə Nazirliyi sular və dondurmaların yoxlanmasına başlayıb

Səhiyyə Nazirliyi sular və dondurmaların yoxlanmasına başlayıb
# 07 iyun 2013 09:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) yay mövsümünün başlaması ilə əlaqədar Azərbaycan ərazisində yoxlamalara başlayıb. REGM-in şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında deyib ki, ötən ayın sonlarından etibarən başlayan araşdırmalar zamanı ölkədəki bütün iaşə obyektlərində satılan şirin sular, dondurmalar, pivə, alkoqolsuz içkilərin keyfiyyəti yoxlanılır. Onun sözlərinə görə, yay aylarında insanların bu məhsullara ehtiyacının çoxaldığını nəzərə alaraq onların yoxlanılması uzun müddət çəkəcək: “Mayın sonlarından başlayan araşdırmalar sentyabrın sonlarına kimi davam edəcək. Hələlik az miqdarda dondurma və sulardan nümunələr götürülüb. Amma hələlik mənfi hallar qeydə alınmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR