Macarıstanda Heydər Əliyevin 90 illiyi münasibətilə xatirə markası buraxılıb

Macarıstanda Heydər Əliyevin 90 illiyi münasibətilə xatirə markası buraxılıb
# 07 may 2013 11:02 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın Macarıstandakı səfirliyi Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Macar Poçtu ilə birlikdə xatirə markası buraxıb.

Səfirlikdən “APA-Economics”ə verilən məlumata görə, mürəkkəb kompozisiyaya malik marka böyük insanın həyatının müxtəlif mərhələlərini təsvir edir.

Əsas qayə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi inkişafı, onun ideyalarının əbədiliyini, bu gün də yaşadığını və cəmiyyəti irəli apardığını göstərməkdir. Səfirlik yubiley çərçivəsində artıq diplomatik korpus və ölkə ictimaiyyəti arasında yayılmış xatirə markasının təqdimat mərasimini keçirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR