200-dək polis əməkdaşı Kiyevin mərkəzindəki “Ukrayna Evi”ni tərk edib

200-dək polis əməkdaşı Kiyevin mərkəzindəki “Ukrayna Evi”ni tərk edib
# 26 yanvar 2014 04:18 (UTC +04:00)

Bakı-APA. 200-dək milis əməkdaşı Kiyevin mərkəzində etirazçılar tərəfindən mühasirəyə alınmış “Ukrayna Evi”ni tərk edib. APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, milis işçiləri binanı yan çıxışdan müqavimətsiz tərk edib. Bundan sonra onlar “Berkut” xüsusi təyinatlıların müşayiəti ilə Mixaylovski meydanı istiqamətində aparılıb.

Məlumatda milis işçilərinin Kiyev və Odessa post-patrul xidmətinin əməkdaşları olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR