Keçmiş nazir, AKP millət vəkili Ərtoğrul Günay baş nazir Ərdoğanı sərt tənqid edib

Keçmiş nazir, AKP millət vəkili Ərtoğrul Günay baş nazir Ərdoğanı sərt tənqid edib
# 25 dekabr 2013 08:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, Ə. Günay “Hürriyet” qəzetinə açıqlamasında R. T. Ərdoğanın Pakistandan qayıtdıqdan sonra hava limanında tərəfdarları qarşısında etdiyi çıxışı üzüntü ilə izlədiyini söyləyib: “Bir neçə gündür hörmətli baş nazir ölkə xaricində idi. Hadisələri daha soyuqqanlı təhlil etmək üçün fürsət əldə etdiyini və cəmiyyətin bütün təbəqələrini rahatladacaq şeylər söyləyəcəyini düşünürdüm. Təəssüf ki, belə bir çıxış olmadı. Öncəki həftə Qara dəniz bölgəsində söylədiklərini təkrarladı. Bir neçə nazir və nazir övladı ilə bağlı konkret iddialar və bəzi görüntülər haqda şübhələrimizi dağıda biləcək heç nə söyləmədi. Bank müdirinin evində tapılan, ayaqqabı qutularında gizlədilmiş milyonlara toxunmadı. Cəmiyyətin gözləntiləri özünü doğrultmadı. Üzərindən bir həftə keçməsinə rəğmən, oğlu rüşvətə vasitəçilik etmək ittihamı ilə həbs edilmiş nazir öz vəzifəsində qalır və polis təşkilatında təyinatlar həyata keçirir. Mən şəxsən baş verənləri böyük bir acı içərisində izlədim. AKP-yə səs vermiş və verməmiş milyonlarla vətəndaşımız kimi, mən də baş nazirin açıqlamalarını böyük bir üzüntü və hüznlə dinlədim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR