Bakıda gənclərinə iş axtarmaqda kömək edəcək yeni mərkəz açılıb

Bakıda gənclərinə iş axtarmaqda kömək edəcək yeni mərkəz açılıb
# 10 may 2013 13:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Bakı ofisi, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirdiyi “İnnovasiya və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakıda SYSLAB Mərkəzi yaradıb.

ƏƏSMN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərkəzin yaradılmasında məqsəd gənclərin iş axtarmaq və iş qurmaq bacarıqlarının inkişafı ilə bağlı təlimlərin təşkil olunması, eyni zamanda şəbəkənin yaradılması və yeni yanaşma metodlarını tətbiq etməklə yüksək ixtisaslı kadrlara iş axtarmaqda köməklik göstərməkdir.

SYSLAB Mərkəzinin start verdiyi ilk kursa 40 nəfər gənc qatılıb. Buradakı 4 aylıq kurs müddətində işsizlər və iş axtaranların, bacarıqların artırılması yolu ilə əmək bazarına çıxışı asanlaşdırılması nəzərdə tutulur.

Qeyd edək, 2013-2014-cü illərdə bu layihənin Bakıda daha da genişləndirilməsi, Sumqayıt və Gəncədə tətbiq edilməsi və ölkə üzrə yaradılacaq mərkəzlər arasında şəbəkənin yaradılması nəzərdə tutulur. Bakı SYSLAB Mərkəzi il ərzində 80 nəfər işaxtaran şəxsə iş axtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirilməsi və s. mərhələlərdə dəstək göstərməklə onların əmək bazarına inteqrasiya imkanlarını genişləndirməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR