® “Garant Holding” iftar həftəsini uğurla başa çatdırıb - FOTOSESSİYA

<font color=red>® </font> “Garant Holding” iftar həftəsini uğurla başa çatdırıb  - <span style="color: red;">FOTOSESSİYA
# 08 avqust 2013 08:25 (UTC +04:00)

Bakı – APA-Economics. Avqustun 1-dən 7-dək keçirilən və Ramazan ayının son həftəsini əhatə edən “Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası dünən başa çatdırılıb.

Holdinqdən “APA-Economics”ə verilən məlumata görə, bir həftə ərzində hər gün şəhərin 10 nöqtəsində holdinqin 9 şirkətinin iştirakı ilə keçirilən iftar aksiyası ümumilikdə ətrafına 15000-dən çox insan toplayıb.

Aksiyanın 6-cı və 7-ci günlərində svetoforlarda su və xurma paylanması ilə yanaşı, müvafiq olaraq “Nizami” metrosu yaxınlığında və Milli Elmlər Akademiyasının binası qarşısında qurulan çadırlarda holdinq əməkdaşları hər kəsi iftarı vaxtında açmağa dəvət edib.

Artıq neçə ildir ki, davamlı olaraq hər Ramazanda keçirilən aksiya “Garant Holding”in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb və bu il daha da genişlənib. Ötən illərdən fərqli olaraq, bu il müəyyən günlərdə şəhərin bir neçə nöqtəsində səyyar çadırlar qurulub. Aksiyanın bu mərhələsinin təşkilində çadırın qurulduğu ərazinin aid olduğu müvafiq icra hakimiyyəti orqanları öz dəstəyini əsirgəməyib. Aksiya ərzində dörd dəfə - “28 May”, “Elmlər Akademiyası”, “Nizami” metro stansiyalarının və Milli Elmlər Akademiyasının binası qarşısında səyyar çadırlar qurulub. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, icra başçısının müavini Şahin Məmmədov və icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov aksiyanın keçirilməsində yaxından iştirak edib.

Ümumilikdə builki aksiyada “Garant Holding”in 9 şirkəti – “Qarant Sığorta”, “Avtomedia”, “M-Trans”, “Royal Estate”, “Transeurocom”, “Ucar Aqro”, “Azbentonit”, “AzPOD” və “Meridian Hotel” iştirak edib. Əməkdaşlar şəxsən nəzərdə tutulmuş təamları oruc tutanlara ikram edərək bu xeyirxah aksiyada iştirak etməyi öz insanlıq, müsəlmanlıq borcu hesab edib. “Garant Holding”in rəhbərliyi və əməkdaşları müqəddəs Ramazan ayının gözəl ənənələrini rəhbər tutaraq insanların bu ayda ən gözəl anını - iftar zamanını onlarla paylaşıb, oruc tutanların dualarına qoşulub. Ramazan ayının iki sevincindən birinə - iftar açma zamanına qoşulmağın fərəhli və vacib olduğunu qeyd edən holdinq rəhbərliyi bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, mübarək ayın bərəkət və xoş məramından hər kəsin evinə qismət olmasını diləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR