İranda zəlzələ olub

İranda zəlzələ olub
# 29 yanvar 2014 21:16 (UTC +04:00)

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Çaharmahal və Bəxtiyari vilayətinin Çelgərd rayonuna təsadüf edib.

5.1 bal gücündə olan zəlzələ yanvarın 29-da Bakı vaxtı ilə saat 19:48-də yerin 8 km dərinliyində meydana gəlib.

Təbii fəlakət Çelgərddən (Çaharmahal və Bəxtiyari) 17 km, Bərfanbardan (İsfahan) 39 km və Fereydunşəhrdən (İsfahan) 44 km uzaqlıqda baş verib.

Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR