Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir
# 30 may 2014 10:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 1-3 iyun tarixində Azərbaycana səfərə gələcək. Bu barədə APA-Economics”ə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən xəbər verilib.

Səfər çərçivəsində rusiyalı nazirin Azərbaycan hökumətinin bir sıra üzvləri ilə görüşəcəyi planlaşdırılır.

Bununla yanaşı, A. Ulyukayev “Sumqayıt Texnologiyalar Parkı”na da baş çəkəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR