İran prezidentinin Xuzistan vilayətinə səfəri təxirə salınıb

İran prezidentinin Xuzistan vilayətinə səfəri təxirə salınıb
# 14 yanvar 2014 09:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhaninin Xuzistan vilayətinə uzun müddətdir gözlənilən səfəri təxirə salınıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, buna səbəb havanın dumanlı olmasıdır.

Xəbərdə bildirilir ki, bu gün səhər saatlarında duman səbəbindən Xuzistan vilayətinin Əhvaz şəhərinə bütün reyslər ləğv edilib. Ona görə də İran prezidentinin təyyarəsi bir neçə saatlıq gecikmə ilə üzləşib. H.Ruhaninin Xuzistan vilayətinə səfərinin duman azaldıqdan sonra başqa bir saatda həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu, H.Ruhaninin İranda hakimiyyət başına gəlməsindən sonra ölkənin vilayətlərindən birinə ilk səfəri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR