Azərbaycanlı rəssam Suriyada keçirilən beynəlxalq karikatura müsabiqəsində qızıl medala layiq görülüb

Azərbaycanlı rəssam Suriyada keçirilən beynəlxalq karikatura müsabiqəsində qızıl medala layiq görülüb
# 24 iyun 2014 13:17 (UTC +04:00)

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya verilən məlumata görə, “Dünya səhnədir” mövzusunda keçirilən müsabiqənin münsiflər heyətinə Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiyadan tanınmış karikaturaçılar dəvət olunublar.

Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə rəssam qatılıb. Azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə müsabiqənin qızıl medalına layiq görülüb. Bu, rəssamın beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR