Oktyabrın 26-dan etibarən Bakı-Bişkek-Bakı birbaşa uçuşları həyata keçiriləcək

Oktyabrın 26-dan etibarən Bakı-Bişkek-Bakı birbaşa uçuşları həyata keçiriləcək
# 04 avqust 2014 17:10 (UTC +04:00)

Bakı – APA. Bu il oktyabr ayının 26-dan etibarən həftədə iki dəfə olmaqla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakı-Bişkek-Bakı birbaşa uçuşlarını həyata keçirməyə başlayacaq. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyindən APA-ya verilən xəbərə görə, artıq AZAL-ın rəsmi saytında Bakı-Bişkek-Bakı reysi üçün onlayn bilet sifariş etmək mümkündür. Saytdakı qrafikə əsasən uçuşlar həftənin bazar günü saat 10:10-da və çərşənbə axşamı saat 20:20-də müasir, komfortlu "Airbus – A320" tipli hava gəmiləri ilə həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR