Bakı-Quba yolunun 10 km-lik hissəsi təmir olunur

Bakı-Quba yolunun 10 km-lik hissəsi təmir olunur
# 18 iyun 2015 10:43 (UTC +04:00)

Şabran. Vəli Turan - APA. Bakı-Quba Rusiya federasiya dövlət sərhədi yolunda təmir işləri aparılır. APA-nın şimal bürosunun verdiyi məlumata görə, təmir işlərinə Bakı istiqamətinə magistralın 74-cü km-də, Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsindən başlanılıb.

Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, təmir işləri yolun normadan artıq yüklənmiş və deformasiyaya uğramış 10 km-lik hissəsində aparılır. Təmir işləri ilə əlaqədar magistralın həmin hissəsində maşınların hərəkəti məhdudlaşdırılıb. Anar Nəcəflinin sözlərinə görə, ərazidə tikinti işləri müvafiq plana uyğun aparılır.

Təmir olunan 10 km-lik ərazidə beton üzlük asfalt çəkiləcək.

Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi avtomobil yolu 2009-cu ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Beton yolun uzunluğu 118 kilometrdir. Yol üzərində 21 ədəd körpü və yol ötürücüsü tikilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR