Hindistanda baş verən daşqınlar zamanı 150 nəfər ölüb

Hindistanda baş verən daşqınlar zamanı 150 nəfər ölüb
# 18 noyabr 2015 11:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Hindistanın Tamilnad ştatında güclü daşqınlar olub, nəticədə 150 nəfər ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ştat polisi məlumat yayıb. Evini, əmlakını itirən 60 min insan fəlakət zonasından təxliyyə edilib. Daşqınlara ştatda bir həftədir yağan aramsız yağışlar səbəb olub. Ştatın inzibati mərkəzi olan Çennai şəhərində ölənlərin sayı 59 nəfərə çatıb. Şəhər küçələrində suyun səviyyəsi yarım metrə çatıb. Hökumət təbii fəlakət baş verən əraziyə 16 xilasedici komanda göndərib.

Təxliyyə olunan əhali 198 müvəqqəti sığınacaq düşərgələrinə yerləşdirilib. Hökumət təbii fəlakətin fəsadlarını aradan qaldırmaq və insanlara yardım etmək üçün təxminən 7,6 milyard dollar dəyərində maliyyə ayırıb. Meteoroloqların proqnozuna görə, yağış hələ 2 gün də davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR