Ermənistan prezidentinin iqamətgahı qarşısında aksiya keçirilib

Ermənistan prezidentinin iqamətgahı qarşısında aksiya keçirilib
# 26 yanvar 2013 07:57 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Ermənistanın Kotayk vilayətində yerləşən Meqradzor kəndinin sakinləri prezident Serj Sərkisyanın iqamətgahı qarşısında aksiya keçirdiblər. APA-nın erməni mediasına istinadən verdiyi xəbərə görə, sakinlər kəndin ərazisində “Megradzor Gold” şirkətinin yeni qızıl emalı sexin tikintisinə və qızıl hasilatında zəhərli maddə sayılan natriumun sianiddən istifadəsinə etiraz ediblər.

Prezident iqamətgahı qarşısında toplaşan insanlar “Sianidə yox!” şüarı səsləndiriblər. Aksiya iştirakçıların sözlərinə görə, əgər sexdə fəlakət baş versə, toksik maddələr çaya və torpağa qarışa, nəticədə böyük ekoloji problemlər yarana bilər. Qeyd edək ki, natrium sianidin 0.1 qramı adamı dərhal öldürə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR