Qidadan imtina edən xaçpərəstlər Pasxaya hazırlaşır - APA TV

Qidadan imtina edən xaçpərəstlər Pasxaya hazırlaşır - <span style="color: red;"> APA TV
# 19 mart 2013 16:12 (UTC +04:00)

Bakı. Türkan Məmmədli - APA TV

Azərbaycanda yaşayan pravoslav xristianlar müqəddəs Pasxa bayramına hazırlaşır. Artıq bir çox kilsələrdə dindarlar böyük orucluğa başlayıblar. Əksər qidalardan imtina edən xristianlar 40 gün ərzində oruc tutacaqlar. İsa Məsihin çarmıxdan azad edildiyi gün kimi qəbul olunan Pasxa xristianlara günahlardan təmizlənmə vəd edir.


Pasxa bayramından bir həftə öncə rus pravoslav kilsəsində “pişik-söyud həftəsi”, Qərb kilsələrində isə “palma həftəsi” adlanan həftə başlanır. Bayrama qalan sonuncu bazar günü dindarlar kilsəyə pişik-söyud, yaxud palma ağacının budaqlarını aparıb təqdim edirlər.


Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata Paxsa barədə APA TV-yə danışarkən bildirib ki, bu günlər möminlər üçün xüsusi şərtlərlə keçir:


Pasxa bayramının vaxtı sabit deyil və hər il eyni gündə qeyd edilmir. Qış bitəndə «Maslinitsa» bayramı keçirilir. Həmin gün milli yeməklərdən olan blinı bişirilir. Bundan sonra 40 gün oruc tutulur. Oruc bitəndə Pasxa bayramı qeyd edilir. Bu bayram 7 gün davam edir.

Pravoslav və katolik kilsələrində bayramdan əvvəlki şənbə gecəsində adətən gecə duası oxunur. Xüsusi ayinlər, liturgiyalar keçirilir. Protestant kilsələrində də təntənəli bayram toplantıları keçirilir. Bütün xristianlar Pasxa bayramında bir-birinə “İsa dirildi!”, cavabında da “Həqiqətən dirildi!” deyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR