Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ötən il 10% artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi ötən il 10% artıb
# 28 yanvar 2013 14:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış əmtəələrin həcmi 2011-ci ilin səviyyəsini 9,6% üstələyərək 17,6 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, real artımın 76,1%-i hüquqi və fiziki şəxslərə məxsus ticarət müəssisələrinin, 23,9%-i yarmarka və bazarların fəaliyyəti sayəsində yaranıb.

«Hesabat ilində əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub, pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakini orta hesabla ayda 158,5 manatlıq və ya 2011-ci il ilə müqayisədə 13,2 manat çox əmtəə alıb. Hər bir nəfərə pərakəndə satışın 61,5%-i ticarət müəssisələrinin payına düşüb», - deyə Komitədən bildirilib.

Pərakəndə ticarət dövriyyəsinin 99,6%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarlarının fəaliyyəti nəticəsində formalaşıb. Bu bölmədə 17 493,3 mln. manatlıq və ya 2011-ci il ilə müqayisədə 9,8% çox istehlak malları satılıb. Özəl sektor üzrə real artımın 6,3%-i hüquqi şəxslərin və 70,2%-i fərdi sahibkarların ticarət müəssisələrində, 23,5%-i isə bazar və yarmarkalarda yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR