Belqrad şəhərindəki Ana və Uşaq Evinə Azərbaycan tərəfindən humanitar yardım göstərilib

Belqrad şəhərindəki Ana və Uşaq Evinə Azərbaycan tərəfindən humanitar yardım göstərilib
# 30 noyabr 2012 20:17 (UTC +04:00)

Bakı-APA. Noyabrın 30-da Azərbaycan hökumətinin tapşırığı ilə Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi Belqrad şəhərindəki Ana və Uşaq Evinə humanitar yardım göstərib. Bu barədə APA Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinə istinadən məlumat verir.

Məlumata görə, bu tədbir Ana və Uşaq Evinə Azərbaycan tərəfindən göstərilən ilk humanitar yardım aksiyası deyil. Bu müəssisəni Azərbaycan səfirliyi daima diqqət mərkəzində saxlayır və göstərilmiş son yardım uşaq mebel dəstləri, hədiyyələr, oyuncaqlar və s. ibarət olub.

Tədbirdə Ana və Uşaq Evinin əməkdaşları, Belqrad Meriyasının və Serbiya ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Serbiyadakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov başda olmaqla Azərbaycan səfirliyinin əməkdaşları, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan ticari-iqtisadi Palatasının üzvləri və Serbiyadakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR