Vurğun Əyyub: “Müsavat Partiyası heç kimin şəxsi mülkiyyəti deyil”

Vurğun Əyyub: “Müsavat Partiyası heç kimin şəxsi mülkiyyəti deyil”
# 24 noyabr 2014 09:52 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbərin bəyanatına münasibət bildirən partiyanın Məclis üzvü Vurğun Əyyub deyib.

Qeyd edək ki, İ. Qəmbər müşavirədə partiyanın başqanı Arif Hacılının yanında olduğunu söyləyib: “Kim özünə başqa lider axtarırsa, yolu açıqdır”.

Partiyada bundan sonra qalıb-qalmayacağı, hansı addımlar atacağına gəlincə, V. Əyyub bildirib ki, partiyanın Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir: “Mən fəaliyyətimi ayrı-ayrı adamların dedikləri əsasında qurmuram. Partiya heç kimin şəxsi mülkiyyəti deyil. Müsavat Partiyasında demokratik ənənələr bərpa olunmalı, partiyanın qurumları legitimləşməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR