Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının dekanı və icraçı katibi ilə görüş keçirilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının dekanı və icraçı katibi ilə görüş keçirilib
# 22 oktyabr 2014 11:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Oktyabrın 21-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kroytnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə cari il noyabrın 19-21-də IACA-ya üzv və tərəfdaş ölkələrin assambleyasının Bakı şəhərində keçiriləcək 3-cü sessiyası ilə əlaqədar təşkilati məsələlər müzakirə edilib.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev son dövrlər ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verərək, bu sahədə beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu xüsusi vurğulayıb.

K. Əliyev həmçinin cari ilin 31 iyun - 1 iyul tarixlərində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və IACA-nın iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib.

Öz növbəsində, M. Kroytner Azərbaycan tərəfinin IACA-nın 3-cü sessiyasının təşkili ilə bağlı gördüyü işləri müsbət dəyərləndirərək tədbirin yüksək səviyyədə təşkil ediləcəyinə və ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da yüksəldilməsinə töhfə verəcəyinə əminliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR