Azərbaycan sənayesinin qeyri-neft sektorunda yanvarda 2,3% artım olub

Azərbaycan sənayesinin qeyri-neft sektorunda yanvarda 2,3% artım olub
# 14 fevral 2013 14:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın sənaye sahələrində 3 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında qeyri-neft sektorunda 2,3% artım, neft sektorunda isə 0,4% azalma müşahidə olunub: «İstehsalın 75,9%-i mədənçıxarma, 17,5%-i emal, 6,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib».

«Qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, poliqrafiya, kimya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, avtomobil və qoşqularının, sair nəqliyyat vasitələrinin, mebel və s. məhsulların istehsalında daha çox artım əldə edilib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR