Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 May

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 16 May
# 16 may 2015 17:01 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

Bəşəriyyət tarixində ən böyük cinayətlərdən biri maddi-mədəni irsə qarşı törədilən terrordur. Bəzi hökmdarlar dünya memarlığının nadir incilərini darmadağın etməklə tarixə düşmək istəyiblər və düşüblər də... Amma nifrət simvolu kimi... Neft və qan gölündə boğulan Yaxın Şərq həm də dünyanın mədəniyyət, tarix, arxeologiya beşiyidir. Bu torpaqlarda uzun illərdir davam edən müharibələr təkcə insan faciəsi deyil, həm də mədəniyyətin, tarixin faciəsidir... Taliban və “Əl-Qaida” terror təşkilatlarının tonlarla trotil istifadə edərək dünya tarixinin nadir abidələrindən olan Budda heykəllərini yerlə-yeksan etməsi hər kəsin yadındadır... Bu kimi cinayətlər dinindən, millətindən, cinsindən asılı olmayaraq özünü insan hesab edən hər kəsin qəlbini ağır yaralayır... Uğursuzluqların qisasını tarixdən almaq – bu, yalnız qorxaqların və məğlubların siyasəti ola bilər... İŞİD də eyni yolu gedir, İraq və Suriya ərazisində nadir tarixi nümunələri, çox az sayda qalmış antik şəhərləri bir-birinin ardınca məhv edir... Elə təkcə bu cinayətə görə İŞİD və onun kimi digər terror təşkilatlarını məhv etmək lazımdır, hətta vacibdir. Ən azı tarix naminə...
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR