Bank Of Baku

Hindistan parlamentində Baş nazirin partiyası 77 yer itirib

Hindistanın Baş naziri Narendra Modi

© APA | Hindistanın Baş naziri Narendra Modi

# 04 iyun 2024 09:54 (UTC +04:00)

Hindistanda keçirilən parlament seçkisinin nəticəsinə görə hazırki Baş nazir Narendra Modinin sədrlik etdiyi Hind Xalq Partiyasının üzv olduğu Milli Demokratik Alyans qanunverici orqanda 77 kürsüdən məhrum olub.

APA-nın yerli NDTV-nin saytına istinadən xəbərinə görə, sözü gedən koalisiya bu səsvermədə 543 yerdən 276-nı qazana bilib.

İkinci yerdə isə 205 yerlə 28 partiyanın yaratdığı “Hindistan Milli İnklüziv İnkişaf Alyansı qərarlaşıb.

Qeyd edək ki, ötən seçkidə hökumət başçısının rəhbəri olduğu siyasi təşkilat 353 mandat qazanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR