İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 17 aprel 2013 22:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Abbas (Oxtay) Vəlizadə aprelin 16-da Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 100 milyon tümən (100 mlrd. rial) zəmanətlə Marağa şəhərinin həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, Abbas Vəlizadə Mehdi Kuxiyanla birlikdə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Marağa İnqilab Məhkəməsi Abbas Vəlizadəyə 8 il, Mehdi Kuxiyana isə 1 il həbs cəzası verib. Azərbaycanlı fəallar hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, islam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıblar. Əgər qərar yuxari instansiya məhkəməsi tərəfindən təsdiqlənərsə, azərbaycanlı fəallar həbs cəzası çəkməli olacaqlar. Mehdi Kuxiyan aprelin 15-də 40 milyon tümən zəmanətlə Marağa şəhər həbsxanasından azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR