Bu il Azərbaycanda magistral kəmərlərlə neft və qaz nəqli azalıb

Bu il Azərbaycanda magistral kəmərlərlə neft və qaz nəqli azalıb
# 01 aprel 2013 07:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 7 mln. ton və ya ötən ilin eyni dövrünə nisbətən 7,9% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə BTC vasitəsilə 5,4 mln. ton və ya 2012-ci ilin yanvar-fevral aylarına nisbətən 8,5% az neft ötürülüb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 372,8 min ton tranzit Türkmənistan nefti nəql edilib. Bu isə ötən ilin il iki ayına nisbətən 42,2% azdır.

Bununla yanaşı, yanvar-fevral ayları ərzində ölkədə magistral qaz kəmərləri ilə 3,7 mlrd. kubmetr və ya ötən ilin analoji dövrü ilə müqayisədə 7,5% az qaz nəql edilib. Nəql edilmiş qazın 17,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmər vasitəsilə 651,8 mln. kubmetr və ya 24,4% az qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR