Azərbaycanlı tələbələrə Çin və Estoniyada təhsil almaq imkanı yaradılıb

Azərbaycanlı tələbələrə Çin və Estoniyada təhsil almaq imkanı yaradılıb
# 04 aprel 2013 16:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Azərbaycanla Çin Xalq Respublikası Təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq Çin Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təqaüd proqramına qəbul bakalavr, magistratura və doktorantura səviyyələrində respublikada daha çox ehtiyac duyulan ixtisaslara uyğun olaraq bəzi universitetlər üzrə həyata keçirilir. Təhsil Çin dilindədir. Təqaüdə layiq görülmüş tələbələr 1 il Çin dilindən hazırlıq kursu keçməlidir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları 12 aprel tarixinə kimi sənədlərini Təhsil Nazirliyinə təqdim etməlidir.

Azərbaycan və Estoniyanın təhsil nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Estoniya hökuməti də Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edib. Yol xərcləri tələbələr tərəfindən, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfdən ödənilir. Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər 15 aprel tarixindən gec olmayaraq Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinə müraciət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR