Sahibkarlığa Kömək Milli Fondu Samux sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu Samux sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 17 noyabr 2012 14:06 (UTC +04:00)

Bakı - APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) noyabrın 8-də Samux rayonunun Sərkar kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb.

SKMF tərəfindən Samux rayonu üzrə sahibkarlıq subyektlərindən iri taxılçılıq təsərrüfatının yaradılması, müasir heyvandarlıq kompleksinin yaradılması, müasir quşçuluq təsərrüfatının yaradılması, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması, müasir çörək zavodunun yaradılması və müasir soyuducu anbarın yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR