Bank Of Baku

Si Cinpin: ”Çin Ukraynaya dair sülh konfransını dəstəkləyəcək”

Si Cinpin: ”Çin Ukraynaya dair sülh konfransını dəstəkləyəcək”
# 06 may 2024 22:22 (UTC +04:00)

Çin sədri Si Cinpin bildirib ki, rəsmi Pekin Ukrayna üzrə Moskva və Kiyevin təsdiqlədiyi sülh konfransını dəstəkləyəcək.

APA xəbər verir ki, ölkə lideri bunu Parisdə Fransa Prezidenti Emanuel Makronla birgə mətbuat konfransında deyib.

“Biz bütün tərəfləri dialoqu bərpa etməyə çağırırıq. Bütün sülh təşəbbüslərinin ədalətli müzakirəsi üçün hər iki tərəfin, Rusiya və Ukraynanın razılığı ilə beynəlxalq sülh konfransının keçirilməsini dəstəkləyirik”, deyə Si Cinpin vurğulayıb.

Çin Xalq Respublikasının sədri onu da vurğulayıb ki, Pekin Ukrayna böhranını yaratmayıb və onun iştirakçısı deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR