Paşha Bank
Bank Of Baku

Beş Afrika ölkəsi silahlı qruplaşmaların tərksilahı üzrə planı razılaşdırıb

Beş Afrika ölkəsi silahlı qruplaşmaların tərksilahı üzrə planı razılaşdırıb
# 19 oktyabr 2026 22:18 (UTC +04:00)

Afrikanın Böyük Göllər regionuna daxil olan beş ölkə xarici silahlı qruplaşmaların üzvlərinin tərksilah edilməsi və öz ölkələrinə qaytarılması üzrə birgə plan layihəsini razılaşdırıb.

Ruandanın “The New Times” qəzetinin məlumatına görə, qərar oktyabrın 18-də Zambiyanın paytaxtı Lusakada keçirilən görüşdə qəbul olunub.

Danışıqlarda Burundi, Konqo Demokratik Respublikası, Ruanda, Uqanda və Tanzaniyanın müdafiə və xarici işlər nazirləri, eləcə də digər rəsmi nümayəndələri iştirak ediblər.

Tərəflər xarici silahlı birləşmələrin üzvlərinin tərksilahı, hərbi xidmətdən ayrılması, vətənlərinə qaytarılması və cəmiyyətə reinteqrasiyası üçün vahid prosedurların layihəsini təsdiqləyiblər.

Sənəd oktyabrın 17-də ekspertlər səviyyəsində ilkin müzakirədən keçirilib.

Razılaşdırılmış prosedurlar yekun təsdiq üçün dövlət başçılarına təqdim olunacaq.

Layihənin region ölkələri arasında təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirəcəyi və keçmiş silahlı qruplaşma üzvlərinin öz ölkələrinə qaytarılması üçün ortaq mexanizmlər yaradacağı gözlənilir.

Görüş Böyük Göllər Regionu üzrə Beynəlxalq Konfrans çərçivəsində təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR