Bank Of Baku

Tramp Zelenskini tənqid edib: Ukrayna danışıqlara başqa nümayəndə göndərməlidir

Tramp Zelenskini tənqid edib: Ukrayna danışıqlara başqa nümayəndə göndərməlidir
# 19 oktyabr 2026 23:58 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh danışıqlarına mane olduğunu iddia edib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Düzünü desəm, Zelenski bu prosesə o qədər də kömək etmir. Düşünürəm ki, o, müharibəni dayandırmaq istəmir”, – ABŞ Prezidenti bildirib.

Tramp hesab edir ki, Ukrayna sülh danışıqlarında Zelenskinin əvəzinə başqa nümayəndə ilə təmsil oluna bilər.

“Bəlkə də Zelenskinin danışıqları aparmaq üçün başqa birini göndərməsinin vaxtı çatıb”, – o vurğulayıb.

ABŞ Prezidenti Zelenskinin Vaşinqtonun Ukrayna müharibəsində tarixin yanlış tərəfində olduğu barədə fikirlərinə də münasibət bildirib.Tramp iddia edib ki, Zelenski daha əvvəl onun tövsiyələrinə əməl etsəydi, Ukrayna üçün daha əlverişli razılaşma əldə oluna bilərdi.

“Zelenski nə danışdığını bilmir. O, bu müharibəni çoxdan dayandırmalı idi. Mənə qulaq assaydı, daha yaxşı razılaşma əldə edərdi və bu gün bir milyon insanı itirməmiş olardı”, – Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin Vaşinqtonun Rusiya ilə Ukraynadakı müharibənin dayandırılması istiqamətində danışıqları davam etdirdiyini açıqlayıb.Onun sözlərinə görə, ABŞ hazırkı mərhələdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil.

“Biz Putinlə Ukrayna məsələsi üzrə danışıqlar aparırıq. Mən danışıqları yarı yolda pozmaq istəmirəm”, – Tramp qeyd edib.

Bununla yanaşı, ABŞ Prezidenti Vaşinqtonun Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam etdiyini təsdiqləyib.

“Bəli, biz onlara kəşfiyyat məlumatları veririk. Ukraynaya çox şey vermişik. Yüz milyardlarla dollar ayırmışıq. Mən Ukraynaya ‘Javelin’ raketlərini vermişəm”, – o bildirib.

Tramp ABŞ-nin Ukraynaya böyük həcmdə hərbi və maliyyə yardımı göstərdiyini, lakin bunun müqabilində kifayət qədər fayda əldə etmədiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR