"ASAN Könüllüləri" Qaxda "Yay məktəbi" təşkil edib - FOTO - VİDEO

"ASAN Könüllüləri" Qaxda "Yay məktəbi" təşkil edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 avqust 2015 14:20 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. "ASAN Könüllüləri" təşkilatının təşəbbüsü ilə Qax rayonunda "Yay məktəbi" təşkil olunub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, üç gün davam edəcək “Yay məktəbi”ndə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 60 könüllü iştirak edir.

Proqrama uyğun olaraq layihə müddətində müxtəlif mövzularda təlimlərin, idman yarışlarının, rayonun görməli yerlərinə turların, həmçinin siyasi və ictimai xadimlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirin ilk günü, avqustun 28-də “Yay məktəbi”nin iştirakçıları Qax şəhəri və İlisu kəndindəki tarixi abidələrə baş çəkib, Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının rəhbəri Rəşad Əzizovla, Bakı şəhəri Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasovla görüşüb, aktual mövzuların müzakirəsini aparıblar.

“Yay məktəbi” çərçivəsində avqustun 29-da könüllülərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla görüşü olub.

Qurumun rəhbəri bildirib ki, artıq ikinci dəfə təşkil olunan “Yay məktəbi”nin əsas məqsədi ASAN könüllülərini maraqlandıran məsələləri, eləcə də üzləşdikləri problemləri müzakirə etməkdir. Vurğulanıb ki, könüllülük gənclərin fərdi inkişafı üçün çox xeyirxah bir fəaliyyətdir. Könüllülük dünyada təşviq edilən, dəstəklənən, qiymət verilən bir fəaliyyətdir. BMT tərəfindən könüllülük fəaliyyətləri proqramları hər daim dəstəklənir.

Diqqətə çatdıraq ki, “Yay məktəbi”ndə iştirak edən könüllülər “ASAN Könüllüləri” təşkilatının loqosunda əks olunan dəyərlərə müvafiq olaraq “Vətənpərvərlik”, “Varislik”, “Dövlətçilik”, Şəbəkə”, “Fərqlilik”, Bərabərlik”, “Vahidlik” və “İnkişaf” adlanan 8 komandaya bölünüblər. Layihə müddətində komandalar “ASAN könüllüsü hansı dəyərləri özündə əks etdirməlidir və bunun üçün təşkilat olaraq hansı tədbirlər planı həyata keçirmək lazımdır?” sualları ətrafında təqdimatlar hazırlamalıdırlar. Hazırlanan təqdimatlar münsiflər tərəfindən qiymətləndiriləcək və qalib komanda müəyyənləşəcək.

Qaxda təşkil olunan “Yay məktəbi” avqustun 30-da öz işini sona çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR