VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO  - YENİLƏNİB
# 03 may 2024 15:30 (UTC +04:00)

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün ölkəmizdə səfərdə olan qonaqlara Ağdam şəhərinə ziyarət təşkil olunub.

APA xəbər verir ki, qonaqlar Ağdam Cümə Məscidində olublar.

Onlara məscidin tarixi və bərpa-konservasiyası ilə bağlı məlumat verilib. Qonaqlar daha sonra İmarət Kompleksinə baş çəkiblər.

***

11:40

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün ölkəmizdə səfərdə olan qonaqların Ağdam şəhərinə səfəri başlayıb.

APA xəbər verir ki, səfər forumun gündəliyinə əsasən həyata keçirilib.

Səfər zamanı Ağdam şəhərində gəzinti ilə yanaşı, "Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiyanın keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR