Yəməndə polis etiraz aksiyasını dağıdarkən hamilə qadını güllələyib

Yəməndə polis etiraz aksiyasını dağıdarkən hamilə qadını güllələyib
# 10 fevral 2013 00:37 (UTC +04:00)

Bakı-APA. Yəmən polisi Aden şəhərində etiraz aksiyanı dağıdarkən təsadüfən doqquz aylıq hamilə qadını güllələyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” yerli hakimiyyət orqanlarına istinadən məlumat verir.

Agentliyin məlumatına görə, Aden sakinləri keçən həftə iki şəhər sakininin order təqdim etmədən həbsinə etiraz olaraq aksiya keçirib. Polis aksiyanı dağıdarkən toqquşma baş verib və polis buna cavab olaraq atəş açıb.

“Doqquz aylıq hamilə qadın aldığı güllə yaraları nəticəsində vəfat edib”, deyə xəstəxana rəsmisi agentliyə bildirib.

“Frans Press”in məlumatına görə, Aden şəhərində Yəmənin cənub regionlarına nəzarət edən “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli bir neçə silahlı qruplaşma fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR