Ağdamda yol qəzasında bir nəfər ölüb - FOTO - VİDEO

Ağdamda yol qəzasında bir nəfər ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 15 mart 2015 16:58 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Quliyev Aqil Əhəd oğlu idarə etdiyi "Oka" markalı minik maşınını elektrik dirəyinə çırpıb.

Nəticədə nəqliyyat vasitəsi aşaraq yoldan çıxıb.

A.Quliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR