Nazir müavini: "Yerli icra hakimiyyəti orqanları elektron xidmətlərini yaratmalıdır"

Nazir müavini: "Yerli icra hakimiyyəti orqanları elektron xidmətlərini yaratmalıdır"
# 23 iyun 2016 12:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son illər ölkədə Elektron hökumət portalı vasitəsilə müvafiq qurumların vətəndaşlara göstərdikləri xidmətlər elektron formada çatdırılır.

APA-nın xəbərinə görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi” mövzusunda keçirilən elmi-praktik konfrans bildirib ki, elektron xidmətlərin əhaliyə çatdırılması istiqamətində müəyyən uğurlar əldə olunsa da, bəzi məsələlər üzrə müəyyən gözləntilər var. Nazir müavininin sözlərinə görə, artıq mərkəzi icra hakimiyyəti səviyyəsində görülən işlər yerli icra hakimiyyəti orqanları səviyyəsində də görülməlidir: “Yerli icra hakimiyyətləri orqanları elektron xidmətlərin yaradılmasını təmin etməlidir. Nazirlikdə hər bir şəxs vətəndaşların elektron xidmətlərə rahat çıxışı təmin etmə işinə öz töhfəsini verir. Dövlət İdarəçilik Akademiyasında Elektron hökumət kursları mövcuddur. Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Hökumət Təlim-Tədrisi Mərkəzi yaradılıb. Onun 15 bölgədə 17 mərkəzi fəaliyyət göstərir. Baş ofis Bakıda yerləşən mərkəzlər müasir kompyuter avadanlıqları ilə təchiz edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR