Ekvadorda helikopter qəzaya uğrayıb, səkkiz nəfər ölüb

Ekvadorda helikopter qəzaya uğrayıb, səkkiz nəfər ölüb
# 27 aprel 2024 08:22 (UTC +04:00)

Ekvadorun Pastaza əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri X sosial şəbəkə hesabında məlumat yayıb.

"Ekvador Ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - bəyanatda deyilir.

Qeyd olunub ki, helikopter daşqınlardan zərər çəkmiş əhaliyə humanitar yardım çatdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR