Güclü külək Samux rayonunda problemlər yaradıb

Güclü külək Samux rayonunda problemlər yaradıb
# 10 aprel 2013 11:10 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Güclü külək Samux rayonunda fəsadlar törədib. APA-nın qərb bürosunun xəbərinə görə, güclü külək nəticəsində rayonun elektrik təminatında bir sıra çətinliklər yaranıb. Təxminən min abonentin elektrik enerjisiz qaldığı bildirilir.

Samux rayon Elektrik Şəbəkəsinin direktoru Razim Qasımovun verdiyi məlumata görə, külək rayonun Qırmızı Samux ərazisində bir neçə elektrik dirəyini qırıb və naqilləri sıradan çıxarıb. İnstitut qəsəbəsində ildırım vurma nəticəsində bir transformator yanıb. Onun sözlərinə görə, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

R. Qasımov axşam saatlarına kimi elektrik verilişinin bərpa olunacağını bildirib.

Yaranan problemləri həll etmək üçün Gəncə regional Enerji Təchizatı MMC-dən və rayon İcra Hakimiyyəti aparatından kömək alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR