Ukrayna Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini axtarışa verib

Ukrayna Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini axtarışa verib
# 05 avqust 2015 13:09 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş İstintaq İdarəsinin rəhbəri Qriqoriy Ostafiyçuk Kiyevdə keçirdiyi brifinqdə deyib.


“Bəzi hərbçilər cənab Gerasimovun rəhbərliyi altında ölkəmizin ərazisində münaqişənin təşkili işi ilə məşğul olublar”, - deyə Q. Ostafiyçuk bildirib.


Onun sözlərinə görə, hazırda Kiyev məhkəməsi rus hərbçilərinin həbsi üçün müvafiq prosedurları nəzərdən keçirir.

Qeyd edək ki, Gerasimova qarşı cinayət işi ötən ilin avqustunda Donetsk vilayətinin İlovaysk bölgəsində yüzlərlə ukraynalı hərbçinin ölümü ilə nəticələnən hadisələrlə əlaqədar qaldırılıb.

Ukrayna tərəfinin məlumatına görə, İlovaysk hadisələri nəticəsində 360-dan çox hərbi qulluqçu həlak olub, 180-dən çox insan itkin düşüb. Rusiya tərəfi isə birmənalı şəkildə Ukraynanın şərqindəki münaqişə ilə bağlılığını inkar edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR