Rusiya Təhlükəsizlik Şurasının katibi: Münasibətləri normallaşdırmaq üçün ilk addımı Gürcüstan atmalıdır

Rusiya Təhlükəsizlik Şurasının katibi: Münasibətləri normallaşdırmaq üçün ilk addımı Gürcüstan atmalıdır
# 18 dekabr 2012 07:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

Onun sözlərinə görə, Rusiya dialoq və əməkdaşlığa hazırdır: “Amma Gürcüstan rəhbərliyi təkcə bəyanatlarla kifayətlənməməli, ilk olaraq real addımlar atmalıdır. Təəssüf ki, onlar Rusiyanın müstəqilliyini tanıdığı Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməyəcəklərini dilə gətirmirlər”.

N.Patruşev hesab edir ki, hazırda Gürcüstanda gərgin siyasi vəziyyət davam edir, NATO və ABŞ ölkəyə ciddi təsir edir: “Baş nazir İvanişvili və prezident Saakaşvili arasında nəzərəçarpan ziddiyyətlər mövcuddur. Onlar daxili problemlərini həll etməlidirlər. Eyni zamanda Gürcüstanın NATO və Avropa Birliyinə üzvlüyü məsələsində mövqeləri üst-üstə düşür. Bizim xalqlarımız tarixən yaxın olub, uzun müddət bir dövlətin tərkibində yaşayıb və əməkdaşlıq edib”.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ilin avqust ayında Abxaziya və Cənubi Osetiyada baş verən müharibədən sonra kəsilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR