Lənkəranda bıçaqlaşma olub, bıçaqlanan şəxsin vəziyyəti ağırdır

Lənkəranda bıçaqlaşma olub, bıçaqlanan şəxsin vəziyyəti ağırdır
# 08 mart 2013 16:57 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə martın 8-də saat 15.00 radələrində şəhərin Böyük bazar ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, Arif Bahadır oğlu Vəliyev şəxsi münaqişə zəminində həmyerlisi, 1987-ci il təvəllüdlü Amil Sərraf oğlu Məmmədovu bıçaqlayaraq ona ağır bədən xəsarəti yetirib. A. Məmmədov Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib və hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Hadisəni törətmiş A. Vəliyevin saxlanılıb istintaq orqanlarına təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR