Azərbaycan və Türkiyə diaspor təşkilatları Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçirir - APA TV

Azərbaycan və Türkiyə diaspor təşkilatları Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçirir - <span style="color: red;">APA TV
# 22 aprel 2013 11:09 (UTC +04:00)

APA-nın Avropa bürosunun məlumatına görə, aksiya iştirakçıları Ermənistan kimi antidemokratik və işğalçı bir ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinə etiraz edirlər.

Xatırladaq ki, AŞPA sessiyasının bugünkü plenar iclasında Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair müzakirə aparılacaq. Bundan başqa, bu ilin may ayında Ermənistan 6 ay ərzində Avropa Şurasının əsas orqanlarından biri olan Nazirlər Komitəsinə sədrlik edəcək. Eyni zamanda, Avropa Şurasında bəzi ermənipərəst lobbist qüvvələr bu ölkəni AŞPA Monitorinq Komitəsinin nəzarətindən çıxarmağı təklif edirlər və bunu Ermənistanda demokratik təsisatların guya inkişaf etməsi ilə əsaslandırırlar.

Aksiya iştirakçıları Ermənistanın bu qurumda sədrlik etməyə mənəvi haqqı olmadığını bildirirlər. Nümayişin məqsədi Fransa və Avropa ictimaiyyətinin bu məsələlərə diqqətini çəkməkdir. İştirakçılar Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti pisləyir və buna son qoymağı da tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR