Lənkəranda evdə partlayış olub, baba və nəvə xəsarət alıb

Lənkəranda evdə partlayış olub, baba və nəvə xəsarət alıb
# 07 aprel 2013 09:37 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə aprelin 7-si saat 00.30 radələrində rayonun Separadi kəndində Orucəli Qurbanova məxsus evdə qeydə alınıb.

1931-ci il təvəllüdlü Orucəli Qurbanov otaqlarından birinə daxil olaraq işığı yandıran anda güclü partlayış baş verib.

Partlayış zamanı baş verən yanğın nəticəsində O. Qurbanov və onun 10 yaşlı nəvəsi Rəşad Qurbanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Burada onlara ilkin tibbi yardım göstərilib, lakin vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

İlkin versiya kimi partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR