Zərdabda İsmayıllı hadisələri və Əkrəm Əylisli müzakirə olunub - FOTO

Zərdabda İsmayıllı hadisələri və Əkrəm Əylisli müzakirə olunub - <span style="color: red;">FOTO
# 02 fevral 2013 13:59 (UTC +04:00)

Zərdab. Zahid Abışov -APA. Zərdab rayonunda Gənclər Günü münasibətilə tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev və Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış ediblər.

Tədbirdə danışan gənclərin nümayəndələri 2012-ci ildə rayonda gənclər üçün yaradılan şəraitdən danışıblar. Çıxışlarda Zərdabda Gənclər Mərkəzi, Yaradıcılıq evi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin gənclərin ixtiyarına verildiyi qeyd edilib.

Toplantıda həmçinin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı da tənqidi fikirlər səsləndirilib. Gənclər Ə. Əylislinin digər əsərlərinin də satışdan yığışdırlmasını, “Xalq yazıçısı” adından məhrum edilməsi təklif olunub.

Bu gün Zərdab rayonunda mədəniyyət işçiləri ilə də Rayon İcra Hakimiyyəti başçısının görüşü olub. İcra başçısı Lütvəli Babayev görüşdə ötən il respublikada və rayonda görülən işlər barədə məlumat verib.

Görüşdə həmçinin Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı zərdablıların 90 min ədəd ağac əkmək təşəbbüsü mədəniyyət işçiləri tərəfindən də razılıqla qarşılanıb.

Tədbirdəki çıxışlarda İsmayıllı rayonunda baş vermiş hadisələr, bəzi siyasi qüvvələrin bu hadisələrə müdaxilə etməsi pislənilib. Həmçinin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə də münasibət bildirilib, bu əsərlə bağlı tənqidi fikirlər söylənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR