Nigeriyada 17 islamçı məhv edilib

Nigeriyada 17 islamçı məhv edilib
# 02 fevral 2013 03:50 (UTC +04:00)

Bakı-APA. Nigeriya ordusunun komandanlığı radikal islamçı «Boko Haram» təşkilatının 17 üzvünün məhv edildiyi barədə məlumat yayıb. Bu barədə APA Reuters-ə istinadən məlumat verir. Terrorçular ölkənin şimalındakı səhra düşərgələrindən birində mühasirəyə alınaraq məhv ediliblər.

Məlumatda həmçinin terrorçuların bir hərbçini qətlə yetirdikləri bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl «Boko Haram»ın rəhbərlərindən biri olan şeyx Əbu Məhəmməd ibn Əbdüləziz birtərəfli qaydada atəşkəs elan edib. Hərbçilərin keçirdiyi son əməliyyat yenidən atəşkəsin pozulmasına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR