Aİ Azərbaycanda minatəmizləmə işlərinə əlavə 2 milyon avro ayıracaq

Aİ Azərbaycanda minatəmizləmə işlərinə əlavə 2 milyon avro ayıracaq
# 03 may 2024 11:32 (UTC +04:00)

“Minalar həyatın müxtəlif sahələri üçün təhdid yaradır, insanlar onun ağır nəticələri ilə üzləşir”.

APA xəbər verir ki, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Jan Koopman “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” adlı tədbirində deyib.

Avropa Komissiyasının rəsmisi deyib ki, Aİ-yə üzv olan 10 dövlət bu gün elan edilən təşəbbüsə töhfə verir və buna qoşulanların sayı artacaq.

O qeyd edib ki, 2020-ci ildən bəri bu təşəbbüs çərçivəsində 8 milyon avro ayrılıb, əlavə olaraq isə bu gün daha 2 milyon avro ayrılır və gələcəkdə bu rəqəmin 13 milyon avroya çatdırılması planlaşdırılır: “Bu təşəbbüs mina qurbanlarına dəstək, minalarla bağlı maarifləndirmə, minaların təmizlənməsi prosesini əhatə edəcək.

Biz bu təşəbbüsü daha da irəli aparmağı planlaşdırırıq. Minalar münaqişənin faciəli irslərindən biridir və onun həlli həmrəylik tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR