Erməni müharibə veteranından 3 gün ərzində 2 min dollar tələb edirlər

Erməni müharibə veteranından 3 gün ərzində 2 min dollar tələb edirlər
# 31 mart 2015 09:39 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ermənistan Məhkəmə Aktlarının Məcburi İcrası Xidməti 6 il azadlıqdan məhrum edilmiş Qarabağ müharibəsi veteranı Volodya Avetisyanın ailəsindən 3 gün ərzində 2 min dollar ödəməyi tələb edir.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

İttihama görə, Volodya Avetisyan vətəndaşlardan ümumilikdə 2500 dollar pul alaraq onları aldadıb. Bu pullar çağırış yaşı çatmış gənci hərbi xidmətdən azad etmək, bir əsgəri isə başqa hərbi hissəyə köçürmək məqsədilə alınıb.

Volodya Avetisyanın dostları kömək məqsədilə pul yığmağa başlayıblar, ancaq bu məbləğ çox azdır: cəmi 200 dollar.

Volodya Avetisyan özünü günahkar bilmir, məhkəmə prosesinin sifarişli keçirildiyini söyləyir. O, 2013-cü ilin mayında başlanmış veteranların sosial şəraitinin yaxşılaşması üçün ictimai hərəkatın rəhbərlərindən biri olub, oturaq aksiyalar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR